Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənin Kortala kəndində Şəhid bulağının açılışı olub

10.08.2021

Balakənin Kortala kəndində 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan Şəhid Əsgər Hüseynovun bulaq abidəsinin açılışı olub.

Açılışda Kortala kənd Diyarşünaslıq evinin, kənd kitabxanasının işçiləri, Şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak ediblər. Əvvəlcə bulağa gül dəstələri düzülüb və Şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Bulağın açılışında şəhidin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Cəbrayılın azad olunması uğrunda"  və "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.