09.08.2021
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə növbəti layihəni təqdim edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi, Zaqatala Heydər Əliyev Mərkəzi və nümayəndəliyin birgə təşkilatçılığı ilə gənclər üçün “Nitq və İnkişaf” adlı təlim keçirilib.
Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi, “Karneqi Klub”un rəhbəri Nəcəf Allahverdiyevin iştirakı ilə keçirilən görüş zamanı təlim iştirakçılarına “Natiqlik”, “Prezentasiya”, “Ünsiyyət”, “Özünə güvən”, “Uğur motivasiyası” və digər mövzularda məlumatlar verilib.