Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi Kitabxanasında gənclərlə görüş keçirilib

06.08.2021

Balakən rayon Gənclər evinin əməkdaşları və könüllülər qrupu rayon Mərkəzi Kitabxanasının qonağı olublar. Qrup üzvləri kitabxanada təşkil olunmuş II Qarabağ müharibəsi Şəhidlərinə həsr olunmuş guşə ilə tanış olduqdan sonra Oxuculara xidmət şöbəsində yeni gələn kitablara baxış keçirilib.

Sonra oxu zalında gənclərlə disput xarakterıi görüş təşkil olunub. Görüş zamanı MKS-nin direktoru Məryəm Tağıyeva və İnformasiya -resus şöbəsinin müdiri Səmra Məmmədova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.