Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Böyük Söyüdlü kənd kitabxanasında “Açıq kitabxana günü” təşkil edilib

04.08.2021

Oğuz rayon MKS-nin Böyük Söyüdlü kənd kitabxanasında "Yayı kitabla keçirək" layihəsi çərçivəsində açıq səma altında “Açıq kitabxana günü” təşkil edilib.

“Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitabların sərgiləndiyi tədbirdə kitabxanaçı Almaz Huseynova oxuculara kitabxananın fonduna yeni daxil olan kitablar haqqında məlumat verib. Sərgi ilə tanış olan balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər.

“Açıq kitabxana günü” oxucularda xoş təəssürat yaradıb.