03.08.2021
Balakən rayon Mədəniyyət Mərkəzində 2 avqust-Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tural Kərimov kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək, ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün 2 avqust 1998-ci il tarixdən qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1898-ci ilin 2 avqustunda Bakıda çəkilmiş kinosüjetlərin ilk nümayişi keçirilib. Ölkəmizdə kino sənətinin yaranması bu tarixdən götürülüb.
Mərasimdə 1920-ci illərdə yaradılmış, milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən "Bismillah" filmi nümayiş olunub. Həmin dövrlərdə Azərbaycan kinosunun əsas mövzusu xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı olmuşdur.