30.07.2021
Şəki Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən Oğuz rayonunun mədəni-maarif müəssisələrinin mütəxəssislərinin fəallığının artırılması məqsədilə “Zoom” konfrans tətbiqi vasitəsilə metodiki dəstək xarakterli vebinar keçirilib.
Vebinarda Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev, Oğuz rayonu üzrə baş məsləhətçi Ulduz Baxışova, Oğuz rayon Heydər Əliyev mərkəzi, M.F.Axundzadə adına Mədəniyyət mərkəzi, Mərkəzi kitabxana və Tarix-diyarşünaslıq muzeyinin rəhbər işçiləri iştirak ediblər.
Açıq müzakirələr şəkilində davam edən vebinar çərçivəsində mədəniyyət müəssisələrinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı və digər önəmli mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev tərəfindən müzakirə olunan məsələlər ətrafında iştirakçılara metodiki təlimatlar verilib.