27.07.2021
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektiv üzvləri Aşağı Çardaxlar kəndindən olan Şəhidlər Abakarov Nail Müzəffər oğlunun və Mehdiyev Zöhrab İlham oğlunun məzarlarını və ailələrini ziyarət ediblər.
Şəhidlərin doğumlarının 20-ci ildönümünə həsr olunmuş tədbir zamanı Şəhidlərin ailə üzvlərilə söhbət aparılmış, Mərkəzin direktoru Famil Rəhimov tərəfindən Ali Baş Komandanımızın rəhbərliyi ilə Şəhidlərimizin qisasının alındığı və düşmənə layiqli cavab verildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir. Sonra ziyarətçilər Şəhid Zöhrab Mehdiyevin şərəfinə ailəsi tərəfindən yaradılmış xatirə muzeyi ilə tanış olublar.