22.07.2021
Zaqatala rayon Danaçı kəndində İkinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə yüksələn Nəbiyev Ruslan Muhuma oğlunun cənnətdəki ilk doğum günü qeyd olunub.
Anım mərasimində Danaçı kənd Folklor evinin kollektivi Şəhidin məzarını ziyarət edib və ailəsinə baş çəkiblər. Görüş zamanı Şəhidin ailə üzvləri onun xatirəsinə həsr olunmuş foto albomla tanış olublar. Folklor evinin əməkdaşları tərəfindən hazırlanan albomda Şəhidimizin həyatından, keçdiyi döyüş yolundan və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlarından bəhs edən fotolar yer alıb.