22.07.2021
Oğuz rayon MKS-nin Sincan kənd kitabxanasında Yay məktəbinin təşkili və gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə tələbə gənclərlə görüş keçirilib.
Görüş zamanı Bakı Dövlət Universitetinin Ekologiya fakultəsinin tələbəsi Rəqsanə Əşrəfova, Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları fakultəsinin tələbəsi Nədimə Cəbrayılova və 1 N-li Bakı Tibb kollecinin tələbəsi Fidan Məmmədli kitabxanada və Folklor klubunda II Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunmuş sərgi ilə tanış olduqdan sonra onlara kitabxananın fondu və yeni daxil olan kitablar haqqında məlumat verilib. Daha sonra tələbə gənclərlə aktual mövzular ətrafında diskussiya aparılıb.