14.07.2021
Şəki MKS-nin təşkilatçılığı ilə Tovuz döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməmiz Tovuz döyüşləri” adlı videokonfrans keçirilib.
Konfransda giriş sözü ilə açan Şəki MKS-nin direktoru Seyid Vahabov qeyd edib: “Tovuz döyüşləri göstərdi ki, Azərbaycan Ordusu gözlənilməz hücumun qarşısını almaqda çətinlik çəkmir. Əlbəttə, düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə itkilər də vermişik, düşmənə göz dağı olan igid oğullarımız Vətən torpağının azadlığı yolunda canlarını fəda edir, ancaq murdar düşmənin ayağının torpağımıza dəyməsinin qarşısını mərdliklə alıblar. Qürur hissi keçirirk ki, onlar düşmənə tutarlı cavab verib, dəfələrlə artıq itkilərə məruz qoyublar. Döyüş meydanında bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəliblər.
Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
Sonra digər iştirakçıların mövzu ətrafında çıxışları dinlənilib.