13.07.2021
Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən Şəhid olan hərbi qulluqçuların anım mərasimi keçirilib.
Tədbirdə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxananın müdiri Taliyə Xəlilova çıxış edərək, Tovuz döyüşlərinin bizim zəfər tariximizin başlanğıcı və qələbəmizin təməli olduğunu vurğulayıb.
Mərasimdə məktəblilər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.