12.07.2021
Balakən rayon MKS-nin Katexzavod kənd kitabxanasının müdiri Təravət İsmayılova və kitabxanaçı Saniyət Mollaçiyeva tərəfindən milliyətcə avar olan, əlil qadın Krupova Alcənnət Kəmaləddin qızına səyyar kitabxana xidməti göstərilib. Xidmət zamanı kitabxana əməkdaşları Alcənnət Krupovaya arzuladığı kitabları təqdim edib və onun ailə-məişət qayğıları ilə maraqlanıblar.