Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 3 nömrəli Uşaq Musiqi məktəbindən növbəti uğur

12.07.2021

Şəki 3 nömrəli Uşaq Musiqi məktəbinin şagirdləri Bakı Musiqi Akademiyasının məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuş "Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik" Gənc musiqiçilərin Beynəlxalq müsabiqəsində fəal iştirak edərək, növbəti uğurlarını qazanıblar.

Müsabiqənin yekun nəticələrinə görə məktəbin şagirdlərindən fortepiano ixtisası üzrə III sinif şagirdi Melisa Məcidova və musiqi ədəbiyyatı ixtisası üzrə Əfsanə Lətifova 1-ci yerə çıxaraq müsabiqənin Laureatı adına layiq görülüblər.
Eyni zamanda məktəbin IV sinif şagirdi Nübar Əbdürəhmanova, VI sinif şagirdi Günel Nəsibli və VII sinif şagirdi Aişə Fətəliyeva müsabiqənin Diplomantı adını qazanıblar.