09.07.2021
Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxanasının həyətində “Açıq kitabxana günü” keçirilib.Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan və dünya ədəbiyyatının görkəmli numayəndələrinin kitabları yer alıb və kitabxanaçı Rəmziyyə İsayeva gələn qonaqlara kitablar haqqında məlumat verərək, kitab oxumağın faydalarından danışıb.