26.04.2018
Görkəmli oftalmoloq, alim, gözəl insan Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar olaraq 26.04.2018-ci il tarıxdə Oğuz rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi “Nurlu ağac” layihəsini həyata keçirmək məqsədi ilə H.Babayev adına şəhər 1 saylı tam orta məktəbində olmuşlar. Oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova əvvəlcə şagirdlərə layihə haqqında ətraflı məlumat vermişdir. O, Zərifə xanım haqqında danışaraq, onun mürəkkəb cərrahi əməliyyatlar aparmasından, elmi tədqiqatlarından, peşəkar elmi kadrların yetişdirilməsindəki böyük xidmətlərindən, ictimai fəaliyyəti haqqında məlumat vermiş, “Nurlu ağac” layihəsindən bəhs etmişdir. Simvolik məna daşıyan bu ağacın budaqlarında şagirdlər tərəfindən Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında esselər yerləşdiriləcəkdir. İl boyu davam edəcək layihə çərçivəsində yaxşı esse yazan şagirdlər kitabxanamız tərəfindən mükafatlandırılacaq. Məktəbin IXb və Xa sinif şagirdləri böyük həvəslə bu layihəyə qoşuldular.