Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Bayan kənd kitabxanasında “Açıq kitabxana günü” təşkil edilib

06.07.2021

Oğuz MKS-nin Bayan kənd kitabxanasında Yay məktəbi ilə əlaqədar olaraq "Açıq kitabxana günü" təşkil edilib.

Açıq havada təşkil olunmuş tədbirdə müxtəlif yaş qrupundan olan şagirdlər,ali məktəb tələbələri və Bayan kənd Texniki Peşə Məktəbinin kitabxanaçısı Aynur Nurməmmədli iştirak ediblər.

Tədbirdə kitabxanaçı Nigar Nurməmmədova iştirakçılarıdünyəvi, dahi şairimiz Nizami Gəncəvinin əsərlərindən ibarət olan kitab sərgisi ilə tanış edib, onlara kitab oxumağın faydalarından söhbət açıb.Tədbirin keçirilməsində əsas məqsəd oxucuların asudə vaxtının səmərəli təşkili, onların istirahətinin maraqlı keçməsi və kitaba marağın artırılmasından ibarət olub.