29.06.2021
Zaqatala rayon Bazar, Sumaylı, Muğanlı, Yuxarı Tala 3 nömrəli, Əliabad qəsəbəsi 2 nömrəli, III Tala A.Qurbanov adına, Aşağı Tala R. Şabanov adına 3 nömrəli tam orta məktəblərin şağırdləri Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Muzeylə tanışlıq zamanı məktəblilərə Mərkəz əməkdaşı tərəfindən Ulu Öndərin həyat və yorulmaz fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.