Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya yox deyək

25.04.2018

Şəki şəhər Səməd Vurğun adına folklor evi 25 aprel 2018-ci il tarixdə 11 saylı məktəbin kollektivi ilə birlikdə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirdi. Tədbirdə polis polkovniki Əbülfəz Rzayev, baş prokuror Elmar Camalov iştirak edirdi.

Tədbiri giriş sözü ilə Şəki şəhər maarif şöbəsinin metodisti Anar müəllim açdı və sözü prokuror Elmar Camalova  verdi. Baş prokuror narkomaniyanın əsrin ən dəhşətli bəlası olduğundan, bəşəriyyətin gələcəyinin yalnız bu bəla ilə bütün cəmiyyətin sıx birləşərək mübarizəsindən asılı olduğunu, gənc nəslin bu mövzuda daima maarifləndirilməsinin vacibliyindən danışdı.

Sonra  11 saylı məktəbin direktoru Ədalət Sədiyeva çıxış etdi. O, polis işçilərinə  gənclərin narkomaniyaya qarşı mübarizəsi yönümündə göstərdikləri köməyə görə təşəkkür etdi.

Tədbirin sonunda folklor evinin direktoru Fəxrəddin Yusifov tədbir iştirakçılarına və gələn qonaqlara öz təşəkkürünü bildirərək belə tədbirlərin davamlı olmasını arzuladı.