01.11.2017
Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur.
Viktor Hüqo demişdir: “Mən dünyada körpə qığıltısından əzəmətli himn görmədim”. Dogrudan da hər evin hər ailənin bəzəyi, yaraşığıdır usaqlar. Uşaqlar həmdə bir dövlətin, bir millətin sabahı, gələcəyidir.
Bu doğma hisslərin, fikirlərin təsiri altında 1 noyabr 2017-ci il tarixində Şəki Tarix Diyarşünaslıq muzeyində Tarix Diyarşünaslıq muzeyi, Xalq Tətbiqi Sənəti muzeyi və 2 saylı uşaq baxçasının kollektivi ilə birgə “Uşaq hüquqları aylıgı” çərçivəsində “Usaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirmışdir. Tədbirdə körpə balaların ifasında səhnəciklər nümayiş olunmuş, şeirlər və mahnılar səsləndirilmiş, rəqslər ifa olunmuşdur. Sonda balaca fidanlar üçün çay süfrəsi təşkil olunmuşdur.