18.06.2021
C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında yazıçı Gülsüm Adilqızının “Murad ömrü”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Vətən çağırır”, “Şəhidlik zirvəsinin fatehləri”, “Vətən salnaməsinin qəhrəmanları” kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə müəllif Gülsüm Adilqızı 2016-cı il Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun Silahlı Qüvvələrində və Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmət edərək qəhrəmancasına Şəhid olmuş əsgər, zabit və gizirlərimizin həyat və döyüş yolundan bəhs edən kitablarla iştirakçıları tanış edib, canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fəda edən övladlarımızın həyat və döyüş yollarına nəzər salınıb.