Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Baş Daşağıl kənd kitabxana filialında maarifləndirici tədbir keçirilib

14.06.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında  “Teams” proqramı vasitəsilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə kitabxananın müdiri Aybəniz Abdullayeva iştirakçılara mövzu haqqında ətraflı məlumat verərək, hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Təqdim olunan məruzədə qeyd edilib ki, “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən 18 yaşına çatmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların ailə qurmağa məcbur edilməsi insan hüquqlarının pozulması hesab olunur. Yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, öz fikirlərini ifadə etmək hüquqları vardır.
Məruzə dinlənildikdən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.