11.06.2021
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov Vətən Müharibəsi Şəhidi İsmayıl İrapovun ailəsini ziyarət edib. Ziyarət zamanı nur üzlü Şəhidimizin əziz xatirəsi anılıb, onun haqqında xatirələr səsləndirilib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmayıl İrapov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərkən Şəhadətə yüksəlib.
Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İsmayıl İrapov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medallarıı ilə təltif edilmişdir.