11.06.2021
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.
Bu fikirlər M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində mütəfəkkir şair, dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami dünyasına səyahət” adlı ədəbi-bədii kompozisiyada səsləndirilib.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, MKS-nin direktoru Seyid Vahabovun, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin, 3 saylı Uşaq Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərovanın, AMİ-nin Şəki filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun, Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilovunvə mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə Mədəniyyət Mərkəzinin kollektiv üzvləri Elvin Nüsrətoğlu, Nazilə Qaffarova, Jalə Abdullayeva, Rəşad Rüstəmov, Yusif Əhmədli, Şahmar Əsədov, Cavidan Əlizadə, Zabil Məmmədov, Vəliyəddin Məmmədov, Taleh Məmmədov, Şəhla Lətifova, Mehman İlyaslı, Natiq Məmmədov, Məlahət Musayeva, Rəvayət Rəsulova, Gülnar Həsənova, Sərdar İlyaszadənin təqdimatında şairin ölməz əsərlərindən ibarət səhnəciklər oynanılıb və Fikrət Əmirovun “Gülüm”, Üzeyir Hacıbəyovun “Sevgili canan”,”Sənsiz” romansları ifa olunub.
Sonra MKS-nin əməkdaşı Dilbər Yaqubova Nizaminin “Ay üzlü nigarım”, “Gözüm aydın gözümə surəti canan görünür”, “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəllərini səsləndirib.
Tədbirin sonunda Nizaminin yaradıcılığına həsr olunmuş video-xronika tamaşaçılara təqdim olunub.