Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın milli-mənəvi dəyərləri bu gün

20.04.2018

Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu səbəbdən Zaqatala rayon Mərkəzi kitabxabnasında 20 aprel 2018-ci il tarixində “Azərbaycanın milli-mənəvi dəyərləri bu gün” adlı  elmi-praktik konfrans təşkil edilmişdir. Konfransda kitabxana işçiləri ilə yanaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Qüdrət Qırtımov, fəal oxucular, yeniyetmə gənclər də iştirak edirdlər. Konfransı giriş sözü ilə kitabxananın direktoru Gülniyar Məmmədova açdı. O çıxışında qeyd etdi ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında xalqımız öz milli dəyərlərimizi unutmamış və bu dəyərlərə sadiq qalmışdır. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Zaqatala uzun illərdən bəri bir çox xalqların nümayəndələrinin yaşadığı hər zaman bir-birlərinə hörmətlə yanaşan, milli mənəvi dəyərlərini qoruyan bir diyar olduğunu xüsusilə qeyd etdi.

Daha sonra “Milli-mənəvi dəyərlər” mövzusunda slayd nümayiş olundu. “Milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət qayğısıyğısı” mövzusunda kitabxananın oxucusu Səfiyyə Qazilova,  “Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu” mövzusunda kitabxananın baş biblioqrafı Yasəmən Məmmədova, “Abidələrimiz milli-mənəvi dəyərlərimizdir” mövzusunda isə Qüdrət Qırtımov çıxış etdilər. Sonda mərkəzi kitabxananın təşkil etdiyi “Mənim nənəm” adlı inşa müsabiqəsinin qaliblərinə fəxri fərmanlar təqdim edildi.