Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Padar kəndində Şəhid ailəsi ilə görüş təşkil olunub

08.06.2021

Oğuz rayon MKS-nin Yemişənli və Padar kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin Şəhidi Süleyman Şirəlizadənin  doğum günü ilə bağlı "Şəhidlik ən uca zirvə, məkanı əbədiyyətdir! " başlığı altında Şəhidin ailəsi ilə videokonfrans formatında görüş keçirilib.

Tədbirdə Şəhidin ailə üzvlərindən nənəsi Saqubə xanım, atası İlham Şirəliyev, anası Gülnar Şirəliyeva və qardaşı İslam Şirəliyev, kitabxana işçiləri və Padar kənd Arzu Əliyev adına orta məktəbin müəllimləri Səadət Məmmədova, Vəfa Əhmədova və kitabxananın fəal oxucuları iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yemişənli kənd kitabxana filialının müdiri Rəqsanə Tahirova tədbiri açaraq, hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix olan qəhrəmanlarımız haqqında danışıb. Bildirilib ki, Süleyman Şirəlizadə də belə igid qəhrəmanlardan biri idi. Yaşasaydı 20 yaşını qeyd edəcəkdi.Təəsüflər olsun ki, mənfur erməni gülləsinə tuş gəldi. Ancaq o ölmədi, ucadan, ucalara qalxan Şəhidlik adına yüksəldi. Onun kimi igid övladlar bizim qeyrətimiz, qürur yerimizdir.

Sonra Padar kənd kitabxanasının əməkdaşı Kamilə Məmmədova Şəhidin həyat və döyüş yolu haqqında məlumat verib. Qeyd olunub ki, Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlamış və o döyüşlərə qatılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsində Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib və oktyabrın 5-də Şəhidlik məqamına yüksəlib. Oktyabrın 6-da Oğuz rayon Padar kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Daha sonra Şəhidin ailə üzvləri, ilk sinif müəllimi olan Vəfa Əhmədova, filial əməkdaşları Ruziyə Ağababayeva, Ramiyyə Əzizova, Təhmilə Əzizova, İzulə Abdullayevada, fəal oxuculardan Arzu Mustafayeva, Ayan Qəribova, Şəhla Kərimzadə çıxış edərək, onunla bağlı xatirələrini bölüşüblər.