04.06.2021
Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanasının təşkilatçılığı ilə Kərimli kənd Körpələr evində "Turp", "Qırmızıpapaq" və "Çöl quşları" kitabları üzrə nağıl saatı təşkil olunub. Tədbirdə kitabxanaçı Gülnarə Məmmədova uşaqlara kitablar haqqında məlumat verərək, nağılları ucadan oxuyub. Sonra kitabxananın müdiri Fidurə Nəsibova uşaqlarla nağıllar əsasında sual-cavab aparıb, uşaqların nağıl qəhrəmanları haqqında fikirləri öyrənilib.