Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abidələr tarixin sirdaşıdır

18.04.2018

Öz xalqının tarixini bilmək böyük xoşbəxtlikdir. Xalqımızın tarixi isə, onun  ulu əcdadlarımızın bugünkü nəsillərə əmanət qoyduğu tarixi abidələridir. Tarixin canlı səhifələri adlandırdığımız abidələri tanıtmaq üçün onlarla üz-üzə dayanıb, onların möhtəşəmliyini duymaq lazımdır. 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” məhz tarixi sərvətlərin bugünkü nəsilə çatdırılmasında cox mühüm tarixi gündür. Bu gün bir də ona görə dəyərlidir ki, nəsillər və əsrlər arasında bağlar qüvvətlənir. Çünki  keçmişinə hörmət etməyən xalqın sabahı da yoxdur.

Bu məqsədlə Oğuz rayonu Tarix-diyarşünaslıq muzeyi artıq bir neçə ildir  ki, ənənə olaraq rayonun tarixi abidələr mühafizəsi ilə əlaqədar “Oğuzun  tarixini öyrənək” devizi altında abidələrə yürüşlər və ekskursiyalar təşkil  edirlər.

Bu dəfə də yürüş-ekskursiyamız ənənəyə uyğun olaraq tarix muzeyinin yerləşdiyi məbəd abidəsindən başlayaraq Xaçmaz kəndindəki abidəyə  ekskursiya edərək davam etdirilmişdir.

Aprelin 18-də rayonun 3 saylı məktəb-litseyinin 10-cu sinif sagirdləri və   müəllimləri,  Xaçmaz kəndindəki 1 saylı orta məktəbin 8-ci sinif şagird və müəllimləri rayonun Xaşmaz kəndində yerləşən 3 tarixi  memarlıq abidəsindən biri olan Cümə məscidinə ekskursiya edilmişdir.

Yürüşdə iştirak edən şagirdlər əllərində abidələrə aid şüarlar, plakatlar, bayraqlar ilə bu bayram gününü böyük həvəslə və coşğu ilə qeyd etmişlər.

Oğuz Tarix-diyarşünaslıq muzeyinin hər dəfə müxtəlif abidələrə təşkil etdiyi  yürüşləri sagirdlərin Oğuzun tarixinin öyrənilməsində xususi yeri var.