02.06.2021
Rusiyanın Voloqda şəhərində keçirilən "MuzArt" II Beynəlxalq İncəsənət müsabiqəsində Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin fortepiano ixtisası şagirdləri uğurla iştirak ediblər.
Şagirdlərdən Sona Həsənli müsabiqənin I dərəcəli Laureat adına və müsabiqənin kubokuna, Aylin Bağırova III dərəcəli Laureat adına, Aişə Fətəliyeva, Cəlallı Aysel, Jalə İsmayılova və Şəmsiyyə Əskərli müsabiqənin Diplomantı adına layiq görülüblər.
İxtisas müəllimlərindən Sevda Mustafayeva, Rəna İsgəndərova, Sevinc Əfəndiyeva və Türkan Cavadova təşəkkür məktubu ilə mükafatlandırılıblar.