Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Uşaq İncəsənət məktəbinin şagirdləri İtaliyada keçirilən “Future Stars 2021” adlı Beynəlxalq müsabiqədə növbəti uğurlarını qazanıblar

01.06.2021

İtaliyada keçirilən "Future Stars 2021” adlı Beynəlxalq müsabiqədə Şəki şəhər Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinin şagirdlərindən Akif Həmidzadə və Aysu Teymurova II yerlərə, Jalə Qazıyeva I yerə çıxaraq, laureat adına layiq görülüblər.

Həmçinin məktəbin Xoreoqrafiya şöbəsinin şagirdləri Qədirova Ruhangiz, Allahverdizadə Dəniz, Qasımzadə Aişə, Müslimova Aynurə, Camllı Dəniz, Rəcəbova Yağmur, Rəcəbova Dəniz, Əliyeva Banu, Hüseynli Gülay, İsmayılzadə Leyla, Məsimli Nigar,  Məhərrəmova Aygün, Hacıbalayeva Günəş, Cəfərquliyeva Gövhər, İbadullayeva Şəms, Hüseynzadə Talehə, Hüseynli Aytən, İsmayilzadə Dəniz, Şərifova Nigar, Əsgərli Dəniz, Abbasova Fidan, Əhmədzadə Ayan və Məmmədyarova Səidə  II yerə yüksələrək, laureat adını qazanıblar.

Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər isə müsabiqənin diplom və təşəkkür məktubu ilə mükafatlandırılıblar.