18.04.2018
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Azərbaycanın ecazkar və tarixi məkanalrdan biri olan Qaxımızda öz tarixi abidələri və müqəddəs yerləri ilə seçilir. Bu münasibətlə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə belə müqəddəs yerlərdən birinə Qax rayonunun Oncallı kəndinin Oğuz qəbiristanlığında “Tarixi məkanlarımızı tanıyaq və tanıdaq!” adlı tədbirimiz oldu. Tədbirdə Hacı Tapdıq və Şeyx Yunus Əmrə ziyarətgahının imamı Nəzir Məmmədov bu müqəddəs ziyarətgah, orada uyuyan Hacı Tapdıq və Yunus Əmrə haqqında maraqlı məlumatlar verdi. Ziyarətgahı dolaşdıq, daş kitabələrimizi nəzərdən keçirdik, müqəddəslərimizi ziyarət etdik.
Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Dilarə Əzizova iştirak edirdi.