Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mərkəzi kitabxanasında Şəhid Əfəndi Səfərov haqqında məlumat hazırlanıb

01.06.2021

Qax rayon Mərkəzi kitabxanasında Qaxbaş kənd tam orta məktəbin tarix müəllimi Şərafət Şərifovanın təşkilatçılığı ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsində məktəbin məzunu, II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalmış Səfərov Əfəndi Cahangir oğlu haqqında məlumat hazırlanaraq, sosial şəbəkə istifadəçilərinə təqdim edilib.

Məlumatda bildirilib ki, Səfərov Əfəndi Cahangir oğlu 01.01.1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2020-ci ildə Qaxbaş kənd orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş və idmana marağını nəzərə alaraq təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir.

2014-cü ildə hərbi xidmətə çağrılmışdır. 2016-ci ildən mühafizəçi kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə II Qarabağ müharibəsi başladıqda könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır.Torpaqlarımızın düşməndən azad olunmasında gedən döyüşlərdə iştirak etmişdir. 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış, Qax şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Qəhrəman Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.