Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda milli yeməklər və bal bayramı

31.10.2017

31 oktyabr 2017-ci il tarixdə Qax rayon Mədəniyyət mərkəzinin binasının qarşısında və foyesində ənənəvi bal və milli mətbəx bayramı keçirilmişdir. Tədbirdə yerli kulinarlarla yanaşı Zaqatala, Şəki, Oğuz rayonlarının təmsilçiləri iştirak ediblər. Sözügedən mərasimdə milli mətbəxlə yanaşı həmin bölgələrin sənətkarlarının əl işləri də nümayiş etdirilmişdir.

İlk öncə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova və Qax rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova kulinarların hazırladığı milli mətbəx nümunələrinə baxış keçirmişlər. Bayram mərasiminə həsr olunmuş çıxışlarında Mirvari Zeynalova və Vəfa Heydərova qeyd etmişlər ki,  Qax rayon İcra Hakimiyyətinin və regional idarənin birgə təşkilatçılığı ilə təşkil olunan bu bayram təkcə Qaxın deyil, regionu əhatə edən rayonların mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.  Tədbir Mədəniyyət mərkəzinin zalında Şəkidən gələn “Zirvə” Xalq instrumental ansamblının hazırladığı konsert proqramı ilə başa çatdı.