Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada Milli Paralimpiya Komitəsinin nümayəndələri ilə görüş təşkil olunub

21.05.2021

Mayın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektiv üzvləri Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Boccia İdman Federasiyasının Zaqatala şəhərində səfərdə olan nümayəndələri ilə görüşüblər. Görüşdə Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov qonaqları salamlayaraq,  onları Zaqatalada görməkdən məmnunluğunu bildirib və Azərbaycanda paralimpiyaçılara, ümumilikdə əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiya olunmasına böyük diqqət yetirildiyini qeyd edib.

Zaqatala Olimpiya İdman Kompleksində baş tutan görüş kiçik konsert proqramı ilə yekunlaşıb.