19.05.2021
Nayın 18-də “Beynəlxalq Muzeylər Günü” münasibətilə Balakən Rayon Regional Asan Xidmət Mərkəzinin könüllüləri, Rayon Gənclərin İnkişafı və Karyera mərkəzinin işçiləri və Balakən rayon Ağsaqqalar şurasının sədri X. Mirəliyev Balakən rayon Tarix-diyarşünaslıq muzeyini ziyarət edib, muzeydə olan eksponatlarla tanış olublar.
Tədbirdə Tarix-Diyarşünaslıq muzeyinin direktoru çıxış edərək, muzeyin fəaliyyəti istiqamətində görülən işlərə dair məlimat verib. Sonra X.Mirəliyev çıxış edərək, muzey işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, muzeylərin cəmiyyətimizdəki rolu və bu istiqamətdə aparılan dövlət siyasəti haqqında danşıb.