Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda onlayn seminar müşavirə keçirilib

19.05.2021

Mayın 18-də DQDK Zaqatala bölgəsinın Qax rayon şöbəsi, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, S.Vurğun adına Mədəniyyət Mərkəzi və Qax rayon MKS-nin birgə təşkilatçılığı ilə “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması” mövzusunda onlayn seminar müşavirə keçirilib.

Rayon gənclərinin, kitabxana və mədəniyyət işçilərinin iştirak etdikləri seminar müşavirəni giriş sözü ilə DQDK Qax rayon şöbəsinin rəhbəri Tərlan Nəzərov açaraq, belə tədbirlərin keçirilməsində əsas məqsədin gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərimizdən yararlanmaları, şəxsiyyətin formalaşmasında həmin dəyərlərin xüsusi və böyük əhəmiyyətini təbliğ etməkdən ibarət olduğunu bildirib. Eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən söhbət açıb.

Sonra rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Elmir Həşimli və şəhər 2 nömrəli kitabxana filialının əməkdaşı Aygül Rəhimli mövzu ətrafında çıxış ediblər. Çıxışlarda vətənpərvər gənclərimizin mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəkləri qeyd olunub.