19.05.2021
Zaqatala rayon Mərkəzi kitabxanasında onlayn seminar təşkil edilib.
Seminarın gündəliyində duran məsələlər üzrə, “Kitabxana filiallarında keçiriləcək onlayn tədbirlərin ZOOM proqramı ilə təşkil edilməsi”, “ALİSA” proqramı vasitəsi ilə elektron kartotekaların hazırlanması, sistemli və mövzu ilə düzülməsi qaydaları” və “Ödənilmiş arayışlar bülleteninin işlənməsinin həyat keçirilməsi” qaydaları ətrafında müzakirələr aparılıb. Sonra baş biblioqraf Yasəmən Məmmədovanın hazırladığı “Azad olunmuş ərazilərimizin infrastrukturu, ərazisi, təbii ehtiyatları və etnik tərkibi haqqında məlumat bülleteni” təqdim edilib.