13.04.2018
13 aprel 2018-ci il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Mədəniyyət sahəsində çalışmış veteran işçilərlə görüş keçirilmişdir. Tədbirdə ötən illər mədəniyyət sahəsində çalışmış veteranlar, rayon Tarix-diyarşünaslıq muzeyinin, Mərkəzi Kitabxanananın, “Oğuz yurdu” qəzetinin, Gİİ-nin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışova açaraq, mədəniyyət sahəsində çalışan insanların həmişə xalqın gözü önündə olduğunu, onların fədakar əməkləri ilə xatirələrdə qaldıqlarını və unudulmadıqlarını söylədi. Sonra isə bu sahədə çalışan insanlardan dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi. Süfrə arxasında musiqi sədaları altında tədbir davam etdirildi. Söz təqaüddə olan veteran işçılərə verildi. Onlardan Şahvəddin Abdulkərimov, Şair İsmayılov, Fərəc Kazımov, Asim Alməmmədov, Vaqıf və Zöhrə Səmədovlar və b. öz çıxışlarında unudulmadıqları üçın, bu günki tədbirin təşkilatçılarına minnətdarlıq etdilər. Sonra isə yaxın keçmişın şirin xatirələrindən maraqlı epizodlar danışdılar. Iştirakçılar musiqi sədaları altında rəqs etdilər. İştirakçılardan Tarix-diyarşünaslıq muzeyinin direktoru A.Xudiyeva, Oğuz rayon yeddiillik uşaq musiqi məktəbinin direktoru N.Bəbirov, Gİİ-nin rəisi R.Mahmudov oğuzlu tədqiqatçı şair Y.Rzayev və b. çıxış edərək keçmiş mədəniyyət işçilərinin səhnədəki fəaliyyətlərindən bəhs edərək onların əməklərinin alqışa layiq olduqlarından danışdılar. Proyektorun köməyi ilə ötən illərdə təşkil olunmuş konsert proqramlarından, səhnələşdirilmiş tamaşalardan parçalar nümayış olundu.
Tədbir boyunca Oğuz rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvü Mirməhəmməd Malıyevin ifasında mahnılar səsləndirildi. Görüşdə uzun illər Rusiyada yaşamış, lakin əvvəllər Oğuz mədəniyyət Mərkəzinin fəal müğənnilərindən R.Mikayılovun ifası iştirakçılar tərəfindən maraqla qarşılandı.