14.04.2018
14 aprel 2018-ci tarixdə Baş Zəyzid kənd sənətkarlıq evində 15 Aprel Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Azərbaycan Mədəniyyəti uludur” adlı tədbir keçirildi. Tədbirdə Baş Zəyzid kənd tam orta məktəbin direktoru Salmanov Söhbət müəllim mövzu ətrafında ətraflı danışdı. Söhbət müəllim bildirdi ki, Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında" Vaşinqton razılaşması imzalanmışdır ki, buna "Rerix paktı" deyirlər. 1998-ci ildə "Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası" adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmişdir. Həmin tarixdən 15 aprel bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Sonra çıxış edənlər Azərbaycanda Mədəniyyət tarixinin çox qədimlərə gedib çıxdığını xüsusi ilə qeyd etdilər.
Tədbirdə MKS-nin 48 saylı filialının işçiləri, sənətkarlıq evinin işçiləri və kənd sakinləri iştirak edirdilər.