13.04.2018
13 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri, şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi şəhər və rayonların mərkəzi kitabxanalarında keçirilən “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin birinci turuna yekun vuruldu. Şəki şəhər M.F.Axundzadə adına mədəniyyət mərkəzində təşkil olunmuş yekun müsabiqədə region üzrə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarındakı MKS-lər üzrə 5 nəfər bədii qiraətçilər iştirak etmişdir. Bu bədii qiraətçilərdən iki nəfəri - Rəcəbli Duyğu Ramin qızı (Şəki şəhəri üzrə) və Əfəndiyeva Jalə Nəsimi qızı (Qax rayonu üzrə) Bakı şəhərində may ayında keçiriləcək ikinci tura vəsiqə almışlar.