03.04.2018
03 mart 2018-ci il tarixdə Oğuz rayon Qumlaq kənd kitabxanasının məktəblə birlikdə hazırladığı 2016-cı il aprel döyüşlərinin 2-ci ildönümünə həsr olunmuş “Vətən sənə əmanət, Azərbaycan əsgəri!” başlıqlı ədəbi-bədii kompozisiya keçirildi. Kitabxanada aprel döyüşlərinə aid “Ordun varsa, yurdun var” başlıqlı sərgi tərtib edilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin təşkilatçısı, şura üzvü K.Nəbiyev açaraq mövzu haqqında məlumat verdi. Sonra kitabxanaçı R.Ağababayeva “Aprel döyüşləri və ya dördgünlük müharibə” mövzusunda çıxış edərək döyüşlərin başlanması üçün tarixi zəmin, qələbələr, itkilər barədə məlumat verdi. Daha sonra kitabxana şurasının üzvü, ədəbiyyat müəllimi Qumru Lətifovanın köməyi ilə VII sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayış etdirildi. Kompozisiyada aprel hadisələrinə, şəhidlərə, Azərbaycana həsr olunmuş şeirlər söylənildi. “Bir ovuc torpaq”, 1990-cı ildə anadan olmuş, 2016-cı il aprel döyüşlərində şəhid olmuş Əbubəkir Vüqar oğlu İsmayılovun həyatından bəhs edən kitabdan səhnəciklər göstərildi. Tədbirdə aprel döyüşlərini əks etdirən slaydlar da nümayiş olundu. Gültəkin Abdurahmanova, Nəzrin Hacızadə, Firəngiz Xəlilzadə, Aytac və Aysun Hacıyevalar, Tofiq Lətifov, Məhəmməd Xəlilzadə, Əsmər Qurbanova, Səid İsrəfilov,Fatimə Mahmudova, X sinif şagirdlərindən Rahilə Şükürlü, Toğrul İsrəfilzadə, Elsevər İsabəyli, Elnur Mikayıllının çıxışları maraqla qarşılandı. Tədbirdə Qumlaq kənd sakini, aprel döyüşlərinin iştirakçısı və canlı şahidi olmuş Mənsurlu Toğrul Məhəmmədiyyə oğlu da iştirak edirdi. O, döyüş yoldaşlarından, keçdikləri döyüş yolundan danışdı. Gənclərə vətənpərvər, cəsur, mərd və məğrur olmağı, torpaqlarımızın tezliklə düşməndən azad olunmasını arzuladı.
Yekunda kitabxanaçı tədbirin keçirilməsində yaxından köməklik göstərdiklərinə görə ədəbiyyat müəllimi Qumru Lətifovaya, V, VII, X sinif şagirdlərinə və Mənsurlu Toğrula tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və iştirakçılar Toğrulla xatirə şəkli çəkdirdi.