04.04.2018
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 06 mart 2018-ci il tarixli, 69 nömrəli əmri ilə 2017-ci ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gənc ifasılarının II respublika müsabiqəsinin keçirilməsi məqsədilə 03 aprel 2018-ci il tarixdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən uçaq musiqi və incəsənət məktəblərində kamança ixtisası üzrə təhsil alan istedadlı uşaq və gənclərin region üzrə Şəki şəhərində I turu keçirildi. İlk öncə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova müsabiqə iştirakçılarını salamlayıb gənc ifaçılara uğurlar dilədi. Daha sonra regional idarənin məsləhətçisi Xatirə Səlimli iştirakçılara müsabiqənin keçirilməsi qaydaları haqqında məlumat verərək iştirakçılara uğurlar arzuladı. Müsabiqədə region üzrə 13 şagird iştirak edirdi. Hər bir şagird 3 musiqi nömrəsi ifa etdilər. Region tərəfindən yaradılmış komissiyanın ümumi rəyinə əsasən 7 şagird Bakıda keçiriləcək növbəti tura vəsiqə aldı.