30.03.2018
30 mart 2018-ci il tarixində I Biləcik kənd folklor evi, kənd kitabxanası və kənd tam orta məktəbi ilə birgə ermənilər tərəfindən törədilən 31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş “Tariximizə açılan güllələr” adlı tədbir keçirmişdi. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soz I Biləcik kənd tam orta məktəbin təlim işləri üzrə direktor müavini Ramiz Bədiyevə verildi. O, mart hadisələri haqqında geniş məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında kənd folklor evinin direktoru Zərnişan Həsənova, kənd kitabxanasının müdiri Məkkə Məmmədova, məktəbin direktoru Tahirə Həsənova, dərs hissə müdiri Çeşminaz Mustafayeva mövzu ərtafında çıxış etdilər. Məktəbin 10-ci sinif şagirdi Nəsibova Aysun “Azərbaycan”, 8-ci sinif şagirdləri Qumru Əhmədova və Pərşan Əhmədova “Vətənim” şeirlərini söylədilər.