Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir zaman havada qanad saxlayın” adlı poyeziya buketi - nəğmə çələngi keçirilib

21.11.2017

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyev Azərbaycanın görkəmli şəxsiyyəti Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı 2017-ci ilin əvvəlində sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizin hər yerində olunduğu kimi Zaqatala rayon Mədəniyyət Mərkəzində Şərq poeziyasının görkəmli xadimi Molla Pənah Vaqifin 300 illik yubleyi ilə əlaqədar silsilə tədbirlər keçirilib. 2017-ci ilin əvəllindən tədbirlər planı hazırlanıb. Filial işçilərinə aşıq sənətinin görkəmli xadimi Molla Pənah Vaqifin 300 illik yubleyi ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunub. Zaqatala rayon Xalq teatrının iştirakı ilə S.Vurğunun “Vaqif” tamaşasından parçalar nümayiş olunub. Vaqifi gənclərə sevdirmək, tanıtmaq məqsədilə dahilərin şair haqqında söylədikləri fikirlər və şerlər tamaşaçılara təqdim olunub. Ədiblərimizin şair haqqında yazılan kitabları və dövrü mətbuatda dərc olunan yazı materiallarından ibarət sərgilər təşkil olunub, şairin xatirəsinə həsr olunmuş rəsm sərgisi təşkil olunub.

21 noyabr 2017-ci il tarixdə Mədəniyyət Mərkəzində filiallarla birgə “Bir zaman  havada qanad saxlayın” adlı poyeziya buketi - nəğmə çələngi keçirilib. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktor əvəzi Samirət Hümbətova açıb. Mərkəzin metodisti Tahirə Primova şairin həyat və yaradıcılığı haqqında, Yuxarı Tala 1 saylı sənətkarlıq evinin təşkilatçısı Mirvari Vanatiyeva şairin aşıq yaradıcılığından söhbət açdı. Muğanlı kənd mədəniyyət evinin müdiri Gülüstan Osmanova gözəllik aşiqi haqqında çıxış etdi. Şəhər 3 saylı kubun mədəni təşkilatçısı Rəşid Ağayevin ifasında oxunan muğamlar, şəhər mədəniyyət evinin həvəskarlarının və Mədəniyyət Mərkəzinin “Günəş” rəqs qrupunun üzvlərinin çıxışları, eləcə də Ağdam 152 saylı köçkün tam orta məktəbin şagirdlərinin oxuduğu muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.