Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxananın işçiləri şəhər 10 saylı məktəbin 8b sinfində 1918-ci ildə törədilmiş soyqırımı ilə əlaqədar “Tarixin ağır gerçəyi” adlı elmi-nəzəri konfrans təşkil etmişdir

15.03.2018

15 mart 2018-ci il tarixdə Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxananın işçiləri  şəhər 10 saylı məktəbin 8b sinfində 1918-ci ildə törədilmiş soyqırımı ilə əlaqədar “Tarixin ağır gerçəyi” adlı elmi-nəzəri konfrans təşkil etmişdir.

Tədbiri Oxu zalının müdiri Yaqut Sadıqlı açdı. O, iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Prezidentinin soyqırımı haqqında verdiyi sərəncamla tanış etdi. Sonra çıxış üçün söz abonement bölməsinin müdiri Dilbər Yaqubluya  verildi. O, soyqırım haqqında geniş məruzə edərək qeyd etdi ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Xocalıda törədilən qırğınlarla əlaqələndirərək Xocalı faciəsinin də soyqırım statusu almasını çıxışında qeyd etdi. Sonra məruzə ətrafında şagirdləri maraqlandıran suallar kitabxanaçılar tərəfindən cavablandırıldı.

Tədbirin sonunda“Azərbaycanlıların soyqırımı-100” adlı sərgiyə baxış oldu.