29.03.2018
29 mart 2018-ci il tarixdə Qax rayon Qumlaq kənd kitabxanasının məktəblə birlikdə hazırladığı 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qanla yazılmış tariximiz” başlıqlı ədəbi-bədii kompozisiya keçirildi. Kitabxanada mart hadisələrini əks etdirən “Qan yaddaşı” başlıqlı sərgi təşkil edilmişdir.
Tədbiri məktəbin təşkilatçısı, şura üzvü K.Nəbiyev açaraq mövzu haqqında məlumat vermək üçün kitabxanaçı Ruziyə Ağababayevaya söz verdi. Ruziyə xanım “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda məruzə ilə çıxış etdi. Sonra XI sinif şagirdi Kəmalə Rəhimli “Soyqırım-tarixin qanlı səhifəsi”, tarix müəllimi Sevinc Xəlilova “Bakıda mart qırğınları”, XI sinif şagirdi Lamiyə Sadıqzadə ”Zaman-zaman törədilən soyqırımları”, X sinif şagirdi Səriyyə Abdullayeva ”Soyqırım hadisələrinə siyasi qiymət verilməsi”, X sinif şagirdi Hənifə İbrahimxəlilli “Soyqırım gününün xarici ölkələrdə qeyd olunması” mövzularında çıxışlar etdilər. Daha sonra kitabxana şurasının üzvü Pərvanə Yusifovanın köməyi ilə V sinif şagirdlərinin hazırladığı “Qanla yazılmış tariximiz” adlı ədəbi-bədii kompozisiya göstərildı. Kompozisiyada mart hadisələrinə, XX əsrin sonlarında ermənilər tərəfindən işğal olunmuş torpaqlara, şəhidlərə, Azərbaycana həsr olunmuş şeirlər səsləndi, səhnəciklər göstərildi. Tədbirdə soyqırımlardan bəhs edən slaydlar da nümayiş olundu. A.Abdurahmanlı, G.Əhmədova, G.Abdurahmanova, C.Abdullayeva, L.Xəlilli, T.Şərifov, V.İsayev, H.Abdullayev, D.Mikayılova, G.İsrafilzadə, G.İsrafilova, A.Kərimli, A.Məsidova, S.Mikayıllı öz çıxışları ilə xüsusilə fərqləndilər.
Yekunda kitabxanaçı R.Ağababayeva tədbirin keçirilməsində yaxından göstərdikləri köməkliyə görə musiqi müəllimi Pərvanə Yusifovaya, şagirdlərə və bütün iştirakçılara təşəkkür etdi .