Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsanlığa qarşı vəhşilik”

29.03.2018

31 mart 1918-ci il tarixdə törədilən azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə keçirilən yığınacaqda Şəki rayon Ə.Abdullayev adına diyarşunaslıq evinin kollektivi, 9 saylı məktəbin müəllim və şagirdləri iştirak etdilər. 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Mehman Abdurrəhmanovun “İnsana qarşı vəhşilik” başlıqlı geniş məruzəsi dinlənilmişdi. Mühazirədə qeyd olunmuşdur ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan siyasətinin yüz ildən çox tarixi vardır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu fərman beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin yayılmasına təkan vermişdir. Daha sonra məruzə ətrafında Əzimova Təranə müəllimə və Məmmədova Məlahət müəllimə çıxış etdilər.