Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qan yaddaşımızın silinməz səhifəsi

29.03.2018

1918-ci il martın 31-də Bakı şəhərində erməni daşnakları, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlıların kütləvi qırğını başlandı. Üç gün davam edən qırğın zamanı erməni silahlı qüvvələri bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə basqın etmiş əhalini uşaqdan-böyüyədək vəhşicəsinə qətlə yetirmişlər. Azərbaycanlıların kütləvi qırğını Bakı şəhərindən başqa Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda törədilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.

29 mart 2018-ci il tarixdə Oğuz rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi və rayon Mədəniyyət Mərkəzi birlikdə kitabxananın oxu zalında 1918-ci ildə törədilmiş azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar “Qan yaddaşımızın silinməz səhifəsi” adlı dəyirmi masa təşkil etmişlər.

Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri K.Cəfərova acaraq 31 mart  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar iştirakçılara məlumat verdi. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin işçisi A.Cəfərova “Unudulmaz facıə - mart soyqırımı” başlıqlı məruzə ilə çıxış etdi. Sonra oğuzlu yazar, şair və tədqiqatçı Y.Rzayev, Mədəniyyət mərkəzinin direktoru Ş.Mikayılova mövzu haqqında öz fikirlərini iştirakşılarla bölüşdülər.

Mərkəzi kitabxananın oxu zalının müdiri İ.Rəhmətullayeva soyqırıma həsr olunmuş video–çarx nümayış etdirdi. Sonda “Qanla yazılmış tarix-100” adlı sərgiyə baxış keçirildi.