Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qan yaddaşımıza həkk olunan gün”

29.03.2018

29 mart 2018-ci il tarixdə Şəki rayonu Cəfərabad kənd diyarşünaslıq klubu və MKS-nin 35 saylı kitabxana filialı  ilə birlikdə 31 mart azərbaycanlılarının soyqırımının 100 illiyi ilə əlaqədar “Qan yaddaşımıza həkk olunan gün” adlı anım tədbiri keçirilmişdir.

Anım tədbirini diyarşünaslıq klubunun müdiri Həsrət Əmrahov açaraq erməni vəhşilərinin Azərbaycan xalqının başına gətirdikləri vəhşiliklərdən, olmazın işgəncələrdən söhbət açdı. Sonra Cəfərabad kənd icra nümayəndəsinin müavini Xəyyam Qədirov “Tarixin qan yaddaşı” adlı mühazirə ilə mart soyqırımından geniş söhbət açdı.

Kitabxanaçı Tağızadə Göyçək əsrin əvvələrində Erməni millətçilərinin öz havadarlarının köməyi ilə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda və başqa bölgələrdə dinc əhalinin başına gətirdikləri müsübətlərdən, “Erməni vandalizimindən” danışdı. Sonda müəllim Adil Mustafayev də çıxış edərək 31 mart hadisələrindən danışdıqdan sonra tariximizin bu gününü unutmayacağımızı, yaddaşımızda daim qalacağını bildirdi.