26.03.2018
26 mart 2018-ci il tarixində Cəyirli kənd folklor klubunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin qanlı səhifələrini unutmayaq” mövzusunda tematik gecə keçirilmişdir. Gecədə Cəyirli kənd folklor klubunun müdiri Zəkiyyə Abbasova, mədəni kütləvi təşkilatçı Mürsəl Qorxmaz, Cəyirli kənd tam orta məktəbin direktoru Altay Rzayev, Cəyirli kənd bələdiyyəsinin sədri Mirvari Qarayeva, MKS-nin 33 saylı kitabxana filialının müdiri Kəmalə Abbasova, ziyalılar, gənclər, məktəblilər, kənd ağsaqqalları və kəndin axundları iştirak edirdilər.
Tədbirdə çıxış edən ziyalılar tarix boyu xalqımızın başına gətirilən bəlalardan, ermənilərin xalqımıza, torpaqlarımıza, vətənimizə qarşı törətdikləri vəhşiliklərdən, Azərbaycan xalqına qarşı həmişə düşmən mövqeində olmalarından danışdılar.
Əllərində qırmızı qərənfillər tutmuş məktəblilər Şəhidlər Məzarına gedərək məzarların üzərinə qərənfil dəstələri qoymuş və axundlar şəhidlərin ruhuna dualar oxumuşlar.
Tədbirin sonunda şair Mürsəl Qorxmaz çıxış edərək gələcək nəslilləri həmişə ayıq-sayıq olmağa, düşmənlərini tanımağa və onlara qarşı barışmaz mövqedə olmağa, onların iç üzünü, xəyanətkarlığını və heç bir zaman tarixin qanlı səhifələrini unutmamağa çağırdı və şəhidlərə həsr etdiyi “Şəhidlər” şeirini səsləndirdi.