19.03.2018
19 mart 2018-ci il tarixində Qax şəhərində Azərbaycan xalqının Milli bayramı olan Novruz bayramı təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirin keçirildiyi Sahil parkı bayramsayağı bəzədilmişdir. Meydana daxil olan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, ictimaiyyətin nümayəndələri və şəhərin qonaqlarını Bahar qızı, Keçəl və Kosa bayram xonçası, səməni və gül dəstəsi ilə qarşılayıb bayram münasibəti ilə təbrik edirlər. RİH-nin başçısı Musa Şəkiliyev bayram tonqalını alovlandırdıqdan sonra Dədə Qorqud tədbir iştirakçılarını Novruz bayramı və yazın gəlişi münasibətilə təbrik edir. Tədbirin bədii hissəsini açıq elan edən aparıcılar hamını salamlayaraq xalqımıza əmin-amanlıq, sülh, bol ruzi, can sağlığı arzuladılar. Yallı sədaları altında milli paltar geyinmiş qızlar rəqs etdilər. İlk musiqi tövhəsi Əfrayim Yahyayevin ifasında səslənir. Daha sonra Xuraman Camalovanın, gənc və istedadlı müğənni Arzu Dunusovanın, Pərvin Piranovun, Qax rayon uşaq incəsənət məktəbinin “Tumurcuq” və Alatəmir folklor evinin “Mze” rəqs ansambllarının çıxışları bayram şənliyinə xüsusi rəng qatdı.